Bar və Kokteyllər

Buddha-Bar Bakı xüsusi yüksək keyfiyyətli araqlar, viskilər, brendilər, romlar və sakelər təklif edir. Bununla əlavə siz təklifdə olan çeşidli yerli və xarici pivələr, Fransa, İtaliya və ondan kənarda yerləşən xüsusi üzümlüklərdə hazırlanmış və gətirilmiş şərablar və heyranedici içki kolleksiyasını tapa biləcəksiniz.   

Alkoqollu və alkoqolsuz kokteyllər menyumumuza diqqət yetirsəz, siz klassik Bloody Mary, Mai Thai və Mojito ilə yanaşı şampan, çay və meyvə əlavələri ilə innovativ içkilərə rast gələcəksiniz. Peşəkar barmenlərimiz tərəfindən müxtəlif pürelər, siroplar və şirələrin istifadəsi ilə hazırlanmış martini və qarpızla Kiwi Ylang, ingilis arağı və qızılgül siropu ilə Oh My Dog yaxud viski və popkorn karameli ilə Jack Legasy kokteyllərindən niyə dadmayasız ki? Bu cür geniş seçim ilə, hansı birini dadacaqsınız?