Buddha-Bar Bakıya Xoş Gəlmisiniz

JW Marriott Abşeron Otelinin daxilində yerləşən və Saffron Restaurant Group tərəfindən təqdim olunan Buddha-Bar özünün tematik və universal təsisatı ilə Sizi şəhər sıxlığından bir anlıq ayıraraq sehrli Buddha-Bar aləminə aparacaqdır.

Spiral pilləkənlərlə 2 hissəyə ayrılan, Sakit Okean ölkələrinin menyusundan nahar seçin və xüsusi seçilmiş şərab, pivə, yüksək keyfiyyətli alkoqollu içkilər və ilhamlandırıcı kokteyllərlə yeməyinizi daha da vurğulayın.

Bu ekzotik mühit kəhrəba rəngli işıqlandırma, qırmızı ağacdan hazırlanmış mebellər və dekorativ ağac panellər, Asiya incəsənət nümunələri, parıltılı çilçıraqlar, sakitləşdirici mavi rəng və bərq vuran qızılı divarların əks tərəfində yumşaq parçaların vəhdətini əks etdirir.

Bütün yuxarıda vurğulananlardan əlavə, əzəmətli Buddhanın ayağını çarpazlayaraq oturmuş heykəli tam mərkəzdə yerləşir. Bu heykəl ərazini bürüyən gücün və rahatlığın rəmzidir və bu əsrarəngiz mühit ilhamlandırıcı elektro-etnik lounge-un yerli DJ-miz Dara Singxin musiqisi ilə vəhdətilə daha da vurğulanır.