Xüsusi və Korporativ Tədbirlər

 

Tədbirinizin dillərə düşməsini istəyirsinizsə, o zaman sizi dostlarınız və ailənizlə Buddha-Bar Bakıya dəvət edirik. Ad günü, il dönümü, nişan və ya toy qeyd etmənizdən asılı olmayaraq xüsusi VİP bölməni və ya bütünlüklə ərazini sifariş edərək tədbirinizi unudulmaz edə bilərsiniz. Biz 500 nəfərədək qonağı qəbul etmək iqtidarındayıq və qonaqlarınız bizim dəyərlər, mətbəximiz və yüksək keyfiyyətli tədbirimizə heyran qalacaqlar.

Öz müştəriləriniz və xüsusi qonaqlarınızı bizim korporativ tədbirlər və birinci dərəcəli servis ilə heyrətləndirin. Qonaqlarınızın sayının 5 və ya 500 olmasından asılı olmayaraq biz, bütün qonaqlarımıza individual yanaşma, masaların dizaynı və menyulara qədər hər şeyi ən incə detallarına qədər düşünəcəyik. Bu səbəbədən, Bakının ən möhtəşəm məkanından zövq alaraq, Siz bütün vaxtınızı qonaqlarınıza həsr edə bilərsiniz.